Yuxarı

​"Xəzər Lənkəran"ın futbolçusu öz ölkəsinin yığma komandasına dəvət alıb

Alfred Sanko vətəninə yollanıb

Bakı. 4 noyabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun futbolçusu Alfred Sanko vətəni Sierra Leoneyə yollanıb. Klubdan "Report"a verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ölkə yığmasının Fil Dişi Sahili və Konqo Demokratik Respublikasının milli komandaları ilə keçirəcəyi Afrika Millətlər Kubokunun seçmə oyunlarına dəvət alıb.

"Neftçi"nin həmin ölkədən olan yarımmüdafiəçisi Culius Vobay yığmaya çağırılmayıb. Klubdan "Report"a verilən məlumata görə, bununla bağlı Sierra Leone Futbol Assosiasiyasından məktub daxil olmayıb.

Qeyd edək ki, Sierra Leone millisi Fil Dişi Sahili ilə noyabrın 14-də, Konqo Demokratik Respublikası ilə noyabrın 19-da üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi