"Xəzər Lənkəran"ı özbaşına tərk edən futbolçularla bağlı FİFA-ya şikayət edilib

"Xəzər Lənkəran"ı özbaşına tərk edən futbolçularla bağlı FİFA-ya şikayət edilib Tuyqun Nadirov: "Bütün futbolçularımızın əmək haqqı son ayadək ödənilib"
Futbol
20 Dekabr , 2014 12:35
Xəzər Lənkəranı özbaşına tərk edən futbolçularla bağlı FİFA-ya şikayət edilib

Bakı. 20 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu komandanı özbaşına tərk edən Deyan Blajevski və Qalin İvanovla bağlı FİFA-nın Oyunçuların Statusu Komitəsinə şikayət edib. Bu barədə "Report"a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. 

Onun sözlərinə görə, hər iki futbolçunun Lənkəran təmsilçisi ilə 2015-ci ilin iyununadək müqaviləsi var. T.Nadirov Blajevski və İvanovun hazırda məşq etdikləri Makedoniyanın "Vardar" və Bolqarıstanın "Levski" klubuna, eləcə də Makedoniya və Bolqarıstan futbol federasiyalarına da məktub ünvanladıqlarını açıqlayıb. Klub rəsmisi həmin klubları və federasiyaları real durum barədə məlumatlandırdıqlarını bildirib. 

Vitse-prezident futbolçuların "Xəzər Lənkəran"ı maliyyə problemləri üzündən tərk etmələrinə dair xəbərləri isə cəfəngiyat adlandırıb. O bildirib ki, hazırda klubun heç bir futbolçuya borcu yoxdur və hamıya noyabr ayı da daxil olmaqla, əmək haqqı ödənilib. 

Son xəbərlər

Orphus sistemi