Yuxarı

"Xəzər Lənkəran" fransalı futbolçu ilə 2 illik müqavilə imzalayacaq

Futbolçu bir neçə günə Azərbaycana gələcək

Bakı. 1 avqust. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol klubu komandanın Türkiyə toplanışında iştirak edən fransalı L’imam Seydi ilə 2 illik müqavilə imzalayacaq. Bu barədə "Report"a Lənkəran təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məlumat verib.

O bildirib ki, hazırda vətəni Fransada olan futbolçu artıq viza məsələsini həll edib və bir neçə günə Azərbaycana gələcək. Bundan sonra əcnəbi hücumçu ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, əslən seneqallı olan 29 yaşlı fransalı hücumçu 1.83 metr boya sahibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi