Vüqar Nadirov: "Oyunun çətin keçəcəyini bilirdik"

Vüqar Nadirov: "Oyunun çətin keçəcəyini bilirdik" Bakı. 29 aprel. REPORT.AZ/ Oyunun çətin keçəcəyini bilirdik. Amma bura qələbə üçün gəlmişdik.
Futbol
29 Aprel , 2018 23:58
Vüqar Nadirov: Oyunun çətin keçəcəyini bilirdik

Bakı. 29 aprel. REPORT.AZ/ "Oyunun çətin keçəcəyini bilirdik. Amma bura qələbə üçün gəlmişdik".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan  Premyer Liqasının XXV turunda səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edən "Səbail"in futbolçusu Vüqar Nadirov söyləyib.

Təcrübəli oyunçu bu qarşılaşmadan qələbə ilə qazanmalı olduqlarını əlavə edib: "3 xalı qazandıq. Bu tur "Keşlə" komandası qələbə qazanmışdı. Bizə isə xal lazım idi. Bu gün də 3 xala görə sevinirik. "Sumqayıt"ın isə rəqibləri xal itirmişdi. Bizi məğlub edə bilsəydilər, Avropa Liqasına vəsiqə uğrunda önəmli şans əldə edəcəkdilər. 

Futbolda hər şey olur. Rəqibə uğurlar arzulayıram. Qarşıda 3 tur var. Biz də turlarda əlimizdən gələni etmək istəyirik. Turnir cədvəlində "Keşlə"dən öndə olmaq istəyirik".

Son xəbərlər

Orphus sistemi