"Vorskla" "Qarabağ"la oyun ərəfəsində braziliyalı futbolçusunun xidmətindən məhrum olub

"Vorskla" "Qarabağ"la oyun ərəfəsində braziliyalı futbolçusunun xidmətindən məhrum olub Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq Ukrayna “Vorskla”sı daha bir itki ilə üzləşib.
Futbol
25 Oktyabr , 2018 09:34
Vorskla Qarabağla oyun ərəfəsində braziliyalı futbolçusunun xidmətindən məhrum olub
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq Ukrayna “Vorskla”sı daha bir itki ilə üzləşib.

“Report” xəbər verir ki, Poltava təmsilçisinin dünən Bakı Olimpiya Stadionunda baş tutan hazırlıq prosesində Artur Batista fərdi məşq edib. 24 yaşlı braziliyalı müdafiəçinin zədə səbəbindən oyunda iştirak etmək ehtimalının çox az olduğu bildirilir.

Bunadək zədələrini sağaltmaqla məşğul olan Geqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasinin heyətdə yer almayacağı bəlli idi. Həmçinin İbrahim Kane və Dmitri Kravçenko səfərə götürülməyib.

Qeyd edək ki, matç saat 20:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi