Yuxarı

"Vorskla"nın kapitanı: "Bizə olan əvvəlki borclar da ödəniləcək"

"Vorskla"nın kapitanı: "Bizə olan əvvəlki borclar da ödəniləcək"

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubunun kapitanı Vladimir Çesnakov İngiltərədə “Arsenal”la keçirəcəkləri I tur qarşılaşmasından əvvəl komandanın maliyyə vəziyyətindən danışıb.

“Report” “footballnews” nəşrinə istinadən xəbər verir ki, ukraynalı müdafiəçi klubda maddi durumun yaxşılaşdığını bildirib.

Ukraynalı futbolçu fikirlərini oyuna yönəltdiklərini və klubun onlara borclarını ödəyəcəyini deyib: “Londona yollanmazdan əvvəl klub prezidenti bizimlə görüşdü və əldə etdiyimiz uğurlara görə məşqçilər heyətini və bütün futbolçuları mükafatlandıracağını dedi. Bizə olan əvvəlki borclar da ödəniləcək. Klubun maliyyə vəziyyəti düzəlir. Özümüzü yaxşı hiss edirik və keçirəcəyimiz oyuna köklənmişik". 

”Arsenal” ilə keçirəcəkləri görüş haqqında da fikirlərini bölüşən 30 yaşlı oyunçu Avroliqaya təsadüfən vəsiqə qazanmadıqlarını sübut edəcəklərini bildirib: “Bizim üçün çətin oyun olacağını bilirik. Daha çox topsuz oynayacağıq deyə çoxlu güc sərf edəcəyik. Onlar hücum edən tərəf olacaq və biz bacardığımız qədər müdafiədə diqqətli olacağıq. Əks hücumlara çıxıb “Arsenal”ı cəzalandırmağa çalışacağıq”.

Qeyd edək ki, bu gün Londondakı “Emirates” stadionunda keçiriləcək “Arsenal” – “Vorskla” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi