"Vorskla" klubu "Qarabağ"la ev oyunu üçün satışa ucuz biletlər çıxarıb

"Vorskla" klubu "Qarabağ"la ev oyunu üçün satışa ucuz biletlər çıxarıb Biletləri 3 manata almaq mümkündür
Futbol
17 Oktyabr , 2018 09:57
Vorskla klubu Qarabağla ev oyunu üçün satışa ucuz biletlər çıxarıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Ukraynanın "Vorskla" klubunun "Qarabağ"la Avropa Liqasında keçirəcəyi ev oyununu xeyli aşağı məbləğə izləmək olar.

"Report"un "E-sport"a istinadən verdiyi məlumata görə, satışa biri 50 qrivnaya (təqribən 3 manat) olan biletlər çıxarılıb. Həmin biletlər 25 - 30-cü sektorlar (qapı arxası) üçündür.

Halbuki, "Vorskla"nın noyabrın 29-da İngiltərə "Arsenal"ı ilə keçirəcəyi qrupdakı son ev oyununun biletləri 200 - 350 qrivnayadır. Daha əvvəl Portuqaliya "Sportinq"i ilə görüşü endirimlə 100 qrivnaya izləmək mümkün olub. Oktyabrın 20-də Kiyev "Dinamo"su ilə nəzərdə tutulan Ukrayna çempionatı qarşılaşmasına isə bileti 20 - 60 qrivnaya almaq mümkündür.

Qeyd edək ki, noyabrın 8-də Poltavada Aleksey Butovski adına stadionda keçiriləcək "Vorskla" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.     

Son xəbərlər

Orphus sistemi