Vitali Mutko yenidən Rusiya Futbol İttifaqına prezident seçilib

Vitali Mutko yenidən Rusiya Futbol İttifaqına prezident seçilib İdman naziri keçmiş baş məşqçidən 124 səs çox toplayıb
Futbol
24 Sentyabr , 2016 13:14
Vitali Mutko yenidən Rusiya Futbol İttifaqına prezident seçilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqına (RFS) növbəti müddətə prezident seçilib. "Report"un məlumatına görə, bu, ölkənin idman naziri Vitali Mutkodur.

RFS prezidenti postu uğrunda mübarizəyə 4 nəfər qatılıb. Lakin Rusiya Peşəkar Futbol Liqasının prezidenti Sergey Pryadkin və Milli Futbol Liqasının rəhbəri İqor Yefremov namizədliyini V.Mutkonun xeyrinə geri götürüb. 

Beləliklə, Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayevin bir rəqibi qalıb. Səsvermə nəticəsində idman naziri 266 səs (65 faiz), V.Qazzayev isə 142 səs (35 faiz) toplayıb.

Qeyd edək ki, Vitali Mutko ilk dəfə 2005 - 2009-cu illərdə RFS prezidenti vəzifəsində çalışıb. O, 2 sentyabr 2015-ci ildə yenidən bu vəzifəyə bir il müddətinə seçilib. 

Son xəbərlər

Orphus sistemi