Yuxarı

​"Viktoriya" klubunun baş məşqçisi: "Nəticə ədalətli oldu"

Şadam ki, bu cür çətin rəqib üzərində qələbə qazandıq

Bakı. 2 avqust. REPORT.AZ/ "Qarabağ"a rəqib düşəndə güclü komanda olduğunu bilirdim. Bu səbəbdən çox ciddi hazırlaşırdıq".

"Report"un məlumatına görə, bunu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Viktoriya" klubunun (Çexiya) baş məşqçisi Roman Pivarnik deyib.

Baş məşqçi oyundan sonra keçirilmiş mətbuat konfransında bunları bildirib:

"Oyun ərzində rəqibin əks hücumlarını gözləyirdik və oyunumuzu buna qarşı qurmuşduq. Müdafiəmizdə problem olduğu üçün "Qarabağ" qol vurdu. Bu da müdafiənin zəifliyindən irəli gəldi. Məqsədimiz qol vurmaq idi. Buraxdığımız qoldan sonra da öz oyunumuzu oynadıq və hesabı bərabərləşdirdik. 60-cı dəqiqədən sonra 4-4-2 taktiki düzülüşünü bir hücumçu ilə gücləndirdik və bəhrəsini gördük. Düşünürəm ki, nəticə ədalətli oldu".

R.Pivarnik mərhələ adlamalarında bəxt amilinin rolunun olduğunu söyləyib:

"Ab-hava çox gözəl idi. Stadionda azarkeşlərin yaratdığı atmosfer mükəmməl idi. Çox xoşumuza gəldi. Şadam ki, bu cür çətin rəqib üzərində qələbə qazandıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi