Yuxarı

​Veteran futbolçu yoldaşlıq görüşü zamanı ölüb

45 yaşlı mütəxəssisin halı qəflətən pisləşib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Rusiyanın Penza vilayətini təmsil edən "Zenit" klubunun baş məşqçisi Sergey Filippenkov oyun zamanı ölüb. "Report"un məlumatına görə, bədbəxt hadisə "Zenit"in veteranları ilə "Penzqorstroyzakazçik" tikinti şirkətinin əməkdaşları arasında keçirilən yoldaşlıq görüşü zamanı baş verib.

Matç zamanı 45 yaşlı mütəxəssisin qəflətən halı pisləşib və o, yerə yıxılıb. Əraziyə təcili tibbi yardım çağırılsa da, həkimlər sabiq futbolçunun həyatını xilas edə bilməyiblər. Hadisə baş verən zaman oyunun bitməsinə 5 dəqiqə qalıb. Həmin dəqiqəyə qədər Filippenkovun komandası 3:0 hesabı ilə öndə olub. Qollardan birini isə mərhumun özü vurub.

Qeyd edək ki, Sergey Filippenkov futbolçu karyerası ərzində Moskva MOİK-nin heyətində Rusiya çempionatının gümüş və bürünc medallarını qazanıb. O, Ukraynanın "Çernomorets", "Metallurq" və "Dnepr" komandalarının da şərəfini qoruyub. Milli komandaya da dəvət alan sabiq yarımmüdafiəçi 2010-cu ildə futbolçu karyerasını başa vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi