Arsen Venger Qətər yığmasına rəhbərlik edə bilər

Arsen Venger Qətər yığmasına rəhbərlik edə bilər Bakı. 8 yanvar. REPORT.AZ/ İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger Qətər yığmasına rəhbərlik edə bilər.
Futbol
8 Yanvar , 2019 10:26
Arsen Venger Qətər yığmasına rəhbərlik edə bilər

Bakı. 8 yanvar. REPORT.AZ/ İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger Qətər yığmasına rəhbərlik edə bilər.

“Report” “France Football”a istinadən xəbər verir ki, yerli federasiya 70 yaşlı fransalı mütəxəssisdən yığmanı Qətərin 2022-ci ildə ev sahibliyi edəcəyi dünya çempionatına hazırlamasını istəyir. Hazırda o, baş məşqçi postuna əsas namizəddir. 

Qeyd edək ki, Arsen Venger 1996 - 2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. Venger bu müddətdə London klubu ilə 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Təcrübəli mütəxəssis eyni zamanda, 7 dəfə İngiltərə Kubokunu və eyni sayda ölkə Super Kubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi