Yuxarı

​Venesuela Amerika Kubokunda Meksika ilə heç-heçə edib - VİDEO

Meksika C qrupunda birinci, Venesuela ikinci olub

Bakı. 14 iyun. REPORT.AZ/ Futbol üzrə Venesuela yığması Amerika Kubokunun qrup mərhələsinin üçüncü turunda Meksika ilə 1:1 hesablı heç-heçə edib.

"Report" xəbər verir ki, görüş Hyustonda baş tutub.

Venesuelalıların qolunu 10-cü dəqiqədə Xose Velaskes, meksikalılardan isə Xesus Koron (80) vurub.

Venesuela bu xal sayəsində "C" qrupunda ikinci, Meksika isə birinci yeri tutub. Hər iki komanda turnirin "play-off" mərhələsinə çıxıb. Onların bu mərhələdə rəqibləri sonra bilinəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi