"Beşiktaş"dan ayrılan Vaqner Lav "Korintians"a qayıdıb

"Beşiktaş"dan ayrılan Vaqner Lav "Korintians"a qayıdıb Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin Beşiktaş klubundan ayrılan futbolçu Vaqner Lav Braziliya Korintiansına keçib.
Futbol
26 Yanvar , 2019 10:37
Beşiktaşdan ayrılan Vaqner Lav Korintiansa qayıdıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubundan ayrılan futbolçu Vaqner Lav Braziliya "Korintians"ına keçib. 

"Report"un San-Paulu təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı hücumçu havayı əldə olunub.

Onunla 2020-ci ilin sonunadək müqavilə bağlanılıb. Lav 2015-ci ildə də "Korintians"da çıxış edib. Onun Rusiya MOİK-inin heyətində debütü 2004-сü il avqustun 4-də Moskvada "Neftçi" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin oyunun 46-cı dəqiqəsində meydana çıxmış "sambaçı" 72-ci dəqiqədə fərqlənərək komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub. 

Qeyd edək ki, Vaqner Lav "Beşiktaş"a 2018-ci ilin yanvarında 3 milyon avroya "Alanyaspor"dan transfer olub. O, İstanbul komandasının heyətində 29 oyuna 11 qol vurub. Braziliya millisində də 20 matçda iştirak etmiş Lav 4 dəfə fərqlənib. 

Son xəbərlər

Orphus sistemi