Yuxarı

​Vaqif Cavadovun heyətində Hollandiya çempionu olduğu klub ikinci diviziona göndərilib

Tvente maliyyə reqlamentini pozduğuna görə cəzalandırılıb

Bakı. 19 may. REPORT.AZ/ 2009/2010-cu illər mövsümündə Hollandiya çempionu olmuş "Tvente" klubu Kral Futbol Assosiasiyasının qərarı ilə ikinci diviziona göndərilib.

"Report" xəbər verir ki, bu barədə məlumat assosiasiyanın rəsmi saytında dərc olunub.

"Tvente" maliyyə reqlamentini pozduğuna görə cəzalandırılıb.

Xatırladaq ki, Azərbaycan yığma komandasının futbolçusu Vaqif Cavadov vaxtikən bu komandanın heyətində çıxış edib və Hollandiya çempionu adını qazanıb.

Bundan əvvəl "Tvente"nin peşəkar statusdan məhrum ediləcəyi bildirilsə də, əvəzində klubun 45,25 min avro cərimə ödəyəcəyi və növbəti mövsümü Niderland çempionatının ikinci divizionundan başlayacağı barədə qərar qəbul olunub.

Ötən ilin dekabr ayının ortalarında "Tvente" üç mövsümlüyünə Avrokubok oyunlarında çıxış etməkdən kənarlaşdırılmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi