Yuxarı
    Bağlamaq

    ​Vaqif Cavadov "Qaziantep BB" komandasının məşqlərinə gec qoşulacaq

    Klub rəhbərliyi bütün legionerlərə 2 gün əlavə istirahət verib

    Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Türkiyənin "Qaziantep BB" klubunun yanvarın 13-dən başlanan təlim-məşq toplanışına gec qoşulacaq. Bu barədə "Report"a 26 yaşlı hücumçunun özü məlumat verib.

    Hazırda Bakıda olan V.Cavadov Antalya bölgəsinə sabah yollanacağını bildirib. Onun sözlərinə görə Bakıda ləngiməsinin səbəbi klub rəhbərliyinin legioner futbolçulara 2 gün əlavə istirahət verməsidir. Klubdan ayrılacağı ilə bağlı söz-söhbətlərə bir daha münasibət bildirən futbolçu ona rəhbərlik tərəfindən heç nə deyilmədiyini söyləyib.

    Qeyd edək ki, Vaqif Cavadov 2014-cü ilin yayında Türkiyə I Liqasında çıxış edən "Qaziantep BB" ilə 1+1 illik müqavilə bağlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi