"Valensiya"nın baş məşqçisi istefa verib

"Valensiya"nın baş məşqçisi istefa verib Çezare Prandelli komandanın başında 11 oyun keçirib
Futbol
31 Dekabr , 2016 00:25
Valensiyanın baş məşqçisi istefa verib

Bakı. 31 dekabr. REPORT.AZ/ Çezare Prandelli İspaniyanın "Valensiya" klubunun baş məşqçisi postunu tərk edib.

"Report" xəbər verir ki, bu barədə klubun saytında məlumat yerləşdirilib.

İtaliyalı mütəxəssis komandanın baş məşqçisi postunda 11 oyun keçirib və üç qələbə qazanıb.

"Yarasalar" İspaniya çempionatının 15 turundan sonra 12 xal toplayıblar və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıblar. Hazırda 1983-1993-cü illərdə komandanın şərəfini qorumuş Voro Qonsales kluba baş məşqçi əvəzi təyin olunub.

Son xəbərlər

Orphus sistemi