"Uypeşt" - "Neftçi" oyununda insident baş verib

"Uypeşt" - "Neftçi" oyununda insident baş verib Budapeşt. 20 iyul. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə Uypeşt və Neftçi komandaları arasında keçirilən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə insident baş verib.
Futbol
20 İyul , 2018 00:28
Uypeşt - Neftçi oyununda insident baş verib

Budapeşt. 20 iyul. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt" və "Neftçi" komandaları arasında keçirilən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə insident baş verib.

"Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55-ci dəqiqədə yerli futbolçu Donat Joter qaydanı pozduqdan sonra yerə yıxılaraq, topu vermək istəməyib. "Neftçi"nin futbolçuları topu ondan almaq istəsələr də, Joter müqavimət göstərib. Olaya digər futbolçuların müdaxilə etməsi ilə meydanda tərəflər arasında toqquşma baş verib.

Yunanıstanlı baş hakim Yannis Papadopulos ara sakitləşdikdən sonra "Neftçi"dən Slavko Braliç, "Uypeşt"dən isə Donat Joterə sarı vərəqə göstərib.

Son xəbərlər

Orphus sistemi