Uşaq liqalarında hakimliklə bağlı yenilik edilib

Uşaq liqalarında hakimliklə bağlı yenilik edilib Bakı. 1 fevral. REPORT.AZ/ AFFA-nın Hakimlər Komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən turnirlərin oyunlarına bir hakimin təyin olunması barədə qərar qəbul edib.
Futbol
1 Fevral , 2019 15:35
Uşaq liqalarında hakimliklə bağlı yenilik edilib

Bakı. 1 fevral. REPORT.AZ/ AFFA-nın Hakimlər Komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən turnirlərin oyunlarına bir hakimin təyin olunması barədə qərar qəbul edib.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, qərar beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və hakimlərin fiziki hazırlığının yüksəldilməsi əsas götürülərək qəbul olunub.

Qeyd edək ki, indiyə qədər qeyd olunan bəzi turnirlərdə oyunları 2 hakim idarə edirdi. 

Son xəbərlər

Orphus sistemi