Yuxarı

Uruqvay yığmasının futbolçusu epizoda baxıldıqdan sonra cəzalandırılıb

Edinson Kavani Qonsalo Haranın təxribatına uyub

Bakı. 28 iyul. REPORT.AZ/ Uruqvay milli komandasının futbolçusu Edinson Kavani iki oyunluq diskvalifikasiyaya məruz qalıb. "Report"un məlumatına görə, bu qərar Amerika Kubokunun 1/4 final matçında Çili yığmasının müdafiəçisi Qonsalo Haranın da iştirak etdiyi epizoda baxıldıqdan sonra verilib. 

İyunun 24-də keçirilmiş qarşılaşma təşkilatçı və sonradan qalib olan ölkənin qələbəsi ilə yekunlaşıb - 1:0. 63-cü dəqiqədə Kavani Haranın hərəkətinə cavab olaraq onu itələyib. Baş hakim isə onu ikinci sarı vərəqə ilə meydandan qovub. Halbuki televiziya ilə təkrara baxdıqda referinin çilili futbolçunun təxribatına diqqət etmədiyi görünür. Uruqvaylı futbolçuya qarşı hərəkətinə görə Hara 3 oyunluq cəzalandırılsa da, Cənubi Amerika Futbol Konfederasiyası onun diskvalifikasiyasını 2 oyunadək azaldıb. 

Qeyd edək ki, Edinson Kavani DÇ-2018-in seçmə mərhələsində ilk turun Boliviyaya qarşı oyununu buraxmalı olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi