Yuxarı
    Bağlamaq

    Uqandada futbol komandasının olduğu gəmi çevrilib, 30 nəfər ölüb

    Hadisə komanda üzvlərinin Milad bayramını qeyd etdikləri vaxt baş verib

    Bakı. 26 dekabr. REPORT.AZ/ Uqandada Albert gölündə gəminin çevrilməsi nəticəsində ən azı 30 nəfər ölüb. 

    "Report"un məlumatına görə, gəmidə yerli futbol komandası və azarkeşlər olublar. 

    Hadisə komanda üzvlərinin Milad bayramını qeyd etdikləri vaxt baş verib. Onlar göyərtədə bir tərəfə yığışdıqları üçün gəmi çevrilib. 

    Qeyd edək ki, martda Konqo Demokratik Respublikası ilə sərhəddəki göldə böyük gəmi çevrilməsi baş verib. Nəticədə 251 nəfər ölüb. Gəmidə vətənə qayıdan konqolu 300-dək qaçqın olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi