"Uotford" öz meydanında "Çelsi"ni darmadağın edib - VİDEO

"Uotford" öz meydanında "Çelsi"ni darmadağın edib - VİDEO Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
6 Fevral , 2018 02:56
Uotford öz meydanında Çelsini darmadağın edib - VİDEO

Bakı. 6 fevral. REPORT.AZ/ "Çelsi" futbol komandası İngiltərə Premyer Liqanın 26-cı turunda səfərdə "Uotford"a məğlub olub.

“Report” xəbər verir ki, "Vikaric Roud" stadionunda keçirilmiş görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Göylər" matçın böyük hissəsini azlıqda keçiriblər. Tyemua Bakayoko 30-cu dəqiqədə ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Bu nəticədən sonra "Çelsi" 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qararlaşıb. "Uotford" isə 30 xalla 11-ci mövqedədir.

İngiltərə Premyer Liqası, 26-cı tur

"Uotford" - "Çelsi" - 4:1

Qollar: Troy Dini – 42 (pen). Deril Yanmat, 84. Jerar Deulofeu, 88. Roberto Pereyra, 90+1 - Eden Azar, 82

Qırmızı vərəqə: Tyemua Bakayoko, 30 ("Çelsi")

Son xəbərlər

Orphus sistemi