Yuxarı

​Ukraynanın yeni baş məşqçisi iyulda müəyyənləşəcək

Əsas namizəd Andrey Şevçenkodur

Bakı. 24 iyun. REPORT.AZ/ Futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisi iyulda müəyyənləşəcək. 

"Report"un məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko bildirib.

Federasiya rəhbəri Mixail Fomenkonun əvəzləyicisinin komandanı DÇ-2018-ə hazırlayacağanı qeyd edib. Yerli mətbuat isə baş məşqçi postuna köməkçi məşqçi kimi çalışan Andrey Şevçenkonu əsas namizəd olduğunu yazıb.

Qeyd edək ki, M.Fomenkonun rəhbərlik etdiyi Ukrayna AVRO-2016-nın C qrupunda sonuncu yeri tutub və qitə turniri ilə vidalaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi