Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenkonun müqaviləsinin müddəti uzadılıb

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenkonun müqaviləsinin müddəti uzadılıb 41 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin sonuna qədər yığmanın sükanı arxasında olacaq
Futbol
6 Noyabr , 2017 19:42
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenkonun müqaviləsinin müddəti uzadılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenkonun müqaviləsinin müddəti uzadılıb.

“Report” Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Yeni sözləşməyə əsasən, 41 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin sonuna qədər yığmanın sükanı arxasında olacaq.

Qeyd edək ki, A.Şevçenko 2016-cı ilin yayından ölkəsinin milli komandasının baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi