Ukrayna Futbol Federasiyası Pyerluici Kollina ilə əməkdaşlığa son verib

Ukrayna Futbol Federasiyası Pyerluici Kollina ilə əməkdaşlığa son verib 57 yaşlı mütəxəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb
Futbol
21 Avqust , 2017 17:16
Ukrayna Futbol Federasiyası Pyerluici Kollina ilə əməkdaşlığa son verib

Bakı. 21 avqust. REPORT.AZ/ Məşhur italiyalı sabiq referi Pyerluici Kollina Ukrayna Futbol Federasiyasının (FFU) Hakimlər komitəsinin kuratoru postunu tərk edib. “Report” xəbər verir ki, bu barədə “Futbol 24” telekanalı məlumat yayıb.

Bildirilir ki, FFU qarşılıqlı razılıq əsasında 57 yaşlı mütəxəssislə vidalaşıb.

Qeyd edək ki, Pyerluici Kollina 2010-cu ildən bu vəzifədə çalışırdı. O, həmçinin FİFA Hakimlər komitəsinin rəhbəridir. 2002-ci il dünya çempionatının və 1999-cu ildə Çempionlar Liqasının finalını idarə edən italiyalı 6 dəfə dünyanın ən yaxşı futbol hakimi seçilib.

Son xəbərlər

Orphus sistemi