Uels yığması Azərbaycan millisi ilə oyun ərəfəsində ciddi itki ilə üzləşib

Uels yığması Azərbaycan millisi ilə oyun ərəfəsində ciddi itki ilə üzləşib Uels yığmasının futbolçusu Co Rodon Azərbaycan və Macarıstan milli komandalarına qarşı AVRO-2020-nin seçmə oyunlarında iştirak edə bilməyəcək.
Futbol
28 Oktyabr , 2019 09:53
Uels yığması Azərbaycan millisi ilə oyun ərəfəsində ciddi itki ilə üzləşib

Uels yığmasının futbolçusu Co Rodon Azərbaycan və Macarıstan milli komandalarına qarşı AVRO-2020-nin seçmə oyunlarında iştirak edə bilməyəcək.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, səbəb 22 yaşlı mərkəz müdafiəçisinin "Suonsi"nin heyətində "Brentford"a 0:3 hesabı ilə uduzduqları İngiltərə Çempionşipinin XIII tur matçında xəsarət almasıdır. Bu barədə komandanın baş məşqçisi Stiv Kuper açıqlama verib. Onun sözlərinə görə, topuq nayihəsindən zədə alan Rodon gələn həftə əməliyyat olunacaq. Gənc oyunçu ən azı 2 ay yaşıl meydanlardan kənar qalacaq: "Rondon xəbəri eşidəndə, az qala ağlayacaqdı. Onun evə gedəcəyini düşündüm. Amma "Kardiff Siti"ni 1:0 hesabı ilə məğlub etdiyimiz matçda sona qədər komandanın yanında qaldı”.

Qeyd edək ki, Uels yığması noyabrın 16-da Azərbaycan millisi ilə səfərdə, Macarıstan kollektivi ilə isə 3 gün sonra evdə qarşılaşacaq. Əsas heyət üzvü olduğundan, Co Rodonun yoxluğu Rayan Giqqzin rəhbərlik etdiyi komanda üçün ciddi itki sayılır. Bunadək yarımmüdafiəçi Conni Uilyamsın ili erkən başa vurduğu dəqiqləşmişdi. Kapitan Qaret Beylin durumu isə hələ də qeyri-müəyyəndir.

Son xəbərlər

Orphus sistemi