Yuxarı

Uels Futbol Assosiasiyasının nümayəndələri Bakıya gəlib

​Uels Futbol Federasiyasının nümayəndələri Bakıya gəlib

Uels Futbol Assosiasiyasının nümayəndələri Bakıya gəlib.

"Report" "Countypress" nəşrinə istinadən xəbər verir ki, rəsmilər AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək görüşləri ilə əlaqədar paytaxtdakı təlim-məşq bazalarına və otellərə baxış keçirirlər.

Uels yığması AVRO-2020-dən öncə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək. Görüş martın 27-də olacaq. Matçın yeri hələ bəlli deyil.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi