UEFA “Zenit” klubuna qarşı intizam işi açıb

UEFA “Zenit” klubuna qarşı intizam işi açıb Sankt-Peterburq təmsilçisi azarkeşlərinin irqçi davranışlara yol verməsində ittiham olunur
Futbol
25 Noyabr , 2017 10:08
UEFA “Zenit” klubuna qarşı intizam işi açıb

Bakı. 25 noyabr. REPORT.AZ/ UEFA Rusiyanın “Zenit” klubuna qarşı intizam işi açıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Avropa Liqasının V turunda Makedoniya “Vardar”ı ilə görüşdə azarkeşlərinin irqçi davranışlara yol verməsində ittiham olunur.

“Zenit”in fanatlarının pirotexniki maddələrdən istifadə etməsinə görə də cəza alacağı gözlənilir. UEFA-nın məsələyə nə vaxt baxacağı açıqlanmır.

Qeyd edək ki, noyabrın 23-də Sankt-Peterburqda baş tutan matçda “Vardar”ı 2:1 hesabı ilə məğlub edən “Zenit” xalını 13-ə çatdırıb və 1/16 finala vəsiqəni təmin edib.

Son xəbərlər

Orphus sistemi