Yuxarı

UEFA və AFFA-nın birgə layihəsi müzakirə olunub

UEFA və AFFA-nın birgə layihəsi müzakirə olunub
Tədbir UEFA nümayəndələri və milli assosiasiyası əməkdaşlarının iştirakı ilə keçirilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ UEFA və AFFA-nın birgə hazırladığı “Grow-2020” inkişaf planı üzrə görülmüş işlərin müzakirəsi aparılıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA nümayəndələri və federasiya əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbir qurumun inzibati binasında təşkil ounub.

Qeyd edək ki, AFFA-nın prioritetlərini özündə ehtiva edən “Grow-2020” layihəsi ötən ilin sentyabrından tətbiq olunmağa başlayıb. Layihənin məqsədi Azərbaycan milli komandasına namizəd olan istedadlı futbolçuların çıxış etdikləri klublarda yüksək səviyyədə fərdi hazırlığını təmin etməkdir. Bu proses Azərbaycan milli yığma komandalarında fəaliyyət göstərən məşqçilərlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi