UEFA üçüncü avrokubok turnirinin təşkilinə razılıq verib

UEFA üçüncü avrokubok turnirinin təşkilinə razılıq verib Yeni turnirdə 96 klub mübarizə aparacaq
Futbol
11 Sentyabr , 2018 14:05
UEFA üçüncü avrokubok turnirinin təşkilinə razılıq verib
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ 2021-2022 mövsümündən klublar arasında üçüncü avrokubok turnirinin təşkil edilməsinə dair UEFA-dan razılıq alınıb. 

"Report" xəbər verir ki, bu barədə Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Andrea Anyelli "Football Italia"ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni yarış hazırda mövcud olan Çempionlar Liqası və Avropa Liqasına əlavə olunacaq. 

Anyelli deyib: "UEFA-dan razılıq gözləyirdik. Artıq "yaşıl işıq" yandırılıb. Yeni turnirdə 96 klub mübarizə aparacaq". 

Hələlik yeni yarışın formatı məlum deyil. Lakin onun əvvəllər keçirilmiş Kuboklar Kubokuna bənzəyəcəyi gözlənilir. Həmin turnir 1960-1961 mövsümündən 1998-1999 mövsümünədək UEFA-ya üzv olan ölkələrin kubokunu qazanmış komandaların iştirakı ilə təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi