UEFA Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırıb

UEFA Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırıb "Karabükspor" 2 illik müddətinə diskvalifikasiya edib
Futbol
17 Fevral , 2017 19:21
UEFA Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırıb

Bakı. 17 fevral. REPORT.AZ/ UEFA Türkiyənin "Karabükspor" klubunu 2 illik müddətinə avrokuboklardan diskvalifikasiya edib. 

"Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, Superliqa təmsilçisi 2016/2017 və 2017/18 mövsümlərində qitə miqyaslı turnirlərdə iştirak edə bilməz.

"Karabükspor" UEFA-nın maliyyə fayr-pley tələblərinə cavab vermədiyi üçün cəzaya məruz qalıb.

Qeyd edək ki, Türkiyə klubu 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi