UEFA Tbilisi "Dinamo"sunu azarkeşlərinin irqçi davranışlarına görə cəzalandırıb

UEFA Tbilisi "Dinamo"sunu azarkeşlərinin irqçi davranışlarına görə cəzalandırıb Gürcüstanın Dinamo (Tbilisi) komandasının Hollandiya Feyenoordu ilə Avropa Liqasının III təsnifat mərhələsindəki cavab görüşü azarkeşsiz keçiriləcək.
Futbol
9 Avqust , 2019 09:28
UEFA Tbilisi Dinamosunu azarkeşlərinin irqçi davranışlarına görə cəzalandırıb

Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının Hollandiya "Feyenoord"u ilə Avropa Liqasının III təsnifat mərhələsindəki cavab görüşü azarkeşsiz keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə UEFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə cavab görüşü zamanı "Dinamo" azarkeşlərinin irqçi davranışları göstərilib. Qonşu ölkə klubuna 50 min avro cərimə də kəsilib. 

Bundan başqa, "Feyenoord"la oyun zamanı Boris Payçadze adına "Dinamo" stadionunda #EqualGame banneri asılmalıdır.

Qeyd edək ki, evdə "Qəbələ"ni 3:0 hesabı ilə yenən "Dinamo" səfərdə "Feyenoord"a uduzub - 0:4.

Son xəbərlər

Orphus sistemi