UEFA seminarına qatılan 14 ölkənin nümayəndələri Bakı Olimpiya Stadionunda olub

UEFA seminarına qatılan 14 ölkənin nümayəndələri Bakı Olimpiya Stadionunda olub Tədbirə bu gün yekun vurulacaq
Futbol
18 Fevral , 2016 10:07
UEFA seminarına qatılan 14 ölkənin nümayəndələri Bakı Olimpiya Stadionunda olub

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 17-də “Boulevard Hotel Baku” hotelində klubların lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı başlayıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirə UEFA nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssisləri qatılıb. 

“Ötən Lisenziyalaşdırma mövsümünün icmalı və təhlili”, “FİFA və UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarının müzakirəsi”, “Lisenziyalaşdırma sisteminin inkişaf perspektivləri” mövzularının müzakirə olunduğu seminarın ilk günündə iştirakçılar Bakı Olimpiya Stadionunda olub, stadionla bağlı ətraflı məlumat əldə ediblər.

Seminara bu gün yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi