Yuxarı
    Bağlamaq

    UEFA Rusiya və Albaniyanın gerbləri ilə bağlı yanlışlığa yol verib

    UEFA əməkdaşları Rusiya millisinin dövlət gerbi ilə formasını yerləşdirərək, fotonun altında Albaniya yazıblar

    Bakı. 8 iyun. REPORT.AZ/ UEFA-nın mətbuat xidməti Rusiya və Albaniyanın gerblərini səhv salıb. 

    "Report"un məlumatına görə, bu, Avropa çempionatı iştirakçılarının formalarının nümayişi zamanı baş verib. 

    Növbə Albaniyaya çatanda UEFA əməkdaşları Rusiya millisinin dövlət gerbi ilə formasını yerləşdirərək, fotonun altında "Albaniya" yazıblar. 

    Qeyd edək ki, Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək. Albaniya yığması Fransa, Rumıniya və İsveçrə ilə birgə A qrupunda yer alıb. A qrupundakı Rusiyanın rəqibləri isə İngiltərə, Uels və Slovakiyadır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi