Yuxarı

UEFA "Qəbələ"yə 243 min avro ayırıb

Vəsait klubun hesabına köçürülüb

Bakı. 21 yanvar. REPORT.AZ/ UEFA "Qəbələ"yə 243 min avro məbləğində bonus ayırıb. "Report"un məlumatına görə, bu məbləğ komandanın Avropa Liqasında 2015/2016-cı il mövsümünün qrup mərhələsindəki 2 heç-heçəsi üçün nəzərdə tutulub. 

Vəsait AFFA tərəfindən “qırmızı-qaralar”ın hesabına köçürülüb.

Qeyd edək ki, "Qəbələ"nin hər iki heç-heçəsi Yunanıstan PAOK-u ilə ev və səfər matçlarında qeydə alınıb - 0:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi