UEFA "Qəbələ" - "Çukariçki" matçının stadionunu və başlama saatını açıqlayıb

UEFA "Qəbələ" - "Çukariçki" matçının stadionunu və başlama saatını açıqlayıb İyulun 23-də baş tutacaq qarşılaşma Qəbələ şəhər stadionuna təyin olunub
Futbol
10 İyul , 2015 22:48
UEFA Qəbələ - Çukariçki matçının stadionunu və başlama saatını açıqlayıb

Bakı. 10 iyul. REPORT.AZ/ "Qəbələ" klubunun futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Serbiya "Çukariçki"si ilə keçirəcəyi cavab oyununun stadionu və başlama vaxtı açıqlanıb. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 23-də baş tutacaq qarşılaşma Qəbələ şəhər stadionuna təyin olunub.

Oyunun start fiti isə saat 21:00-da çalınacaq. Bu komandalar arasındakı ilk görüş iyulun 16-da Bakı vaxtı ilə saat 23:30-da Serbiyanın paytaxtı Belqraddakı "Çukariçki" stadionunda baş tutacaq.

Qeyd edək ki, Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündəki olaylarla əlaqədar UEFA-nın Qəbələ şəhər stadionunu cəzalandıracağı və bu səbəbdən, "Çukariçki" ilə matçın Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi