Bakı. 15 oktyabr. REPORT.AZ/ UEFA qadın futbolunun inkişaf proqramı üçün quruma üzv olan milli assosiasiyalara illik ödənişin məbləğini 50 faiz artırıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu məbləğ 2020-ci ildən 150 min avro təşkil edəcək. AFFA-nın da bəhrələnəcəyi artım UEFA-nın “HatTrick” layihəsi çərçivəsində gerçəkləşəcək.
Qeyd edək ki, UEFA hazırda quruma üzv olan 55 milli assosiasiyaya qadın futbolunun inkişafı üçün illik 100 min avro verir.