UEFA prezidenti üçüncü avrokubok turnirinin yaradılması variantına münasibət bildirib

UEFA prezidenti üçüncü avrokubok turnirinin yaradılması variantına münasibət bildirib Bakı. 31 avqust. REPORT.AZ/ UEFA prezidenti Aleksandr Çeferin üçüncü avrokubok yarışının təsis edilməsi variantına münasibət bildirib.
Futbol
31 Avqust , 2018 14:15
UEFA prezidenti üçüncü avrokubok turnirinin yaradılması variantına münasibət bildirib
JURE MAKOVEC / AFP
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ UEFA prezidenti Aleksandr Çeferin üçüncü avrokubok yarışının təsis edilməsi variantına münasibət bildirib.

“Report” xəbər verir ki, qitə futbol qurumunun rəhbəri hələlik bu barədə danışmağın tez olduğunu söyləyib. Sloveniyalı futbol funksioneri hazırda müzakirələrin getdiyini deyib: “Üçüncü turnirin yaradılması barədə danışmaq tezdir. Biz hələ müzakirə mərhələsindəyik. Ola bilər ki, Avropa Liqasının formatını dəyişək. İdeyalar var, müzakirələr gedir. Hansısa müddətdən danışmaq çox tezdir”.

Qeyd edək ki, 2021 - 2024-cü illərdə üçüncü avrokubok turnirinin keçirilməsi ilə bağlı məsələ UEFA-nın Peşəkar Futbol üzrə Strateji Şurasında müzakirə olunub. Turnirin adı hələ məlum olmasa da, 32 komandanın iştirakı ilə keçiriləcəyi bildirilir. Əsas məqsəd Skandinaviya və Şərqi Avropa kimi kiçik futbol ölkələrindən daha çox komandanın turnirdə iştirakına nail olmaqdır. Hazırda qurumun bayrağı altında iki klub yarışı – Çempionlar Liqası və Avropa Liqası keçirilir.

Son xəbərlər

Orphus sistemi