UEFA prezidenti: “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”

UEFA prezidenti: “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik” "UEFA prezidenti postunda olduğum 1 il 6 gün müddətində idarəetmə baxımından əhəmiyyətli irəliləyişə nail olmuşuq"
Futbol
20 Sentyabr , 2017 13:58
UEFA prezidenti: “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”
JURE MAKOVEC / AFP

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”. “Report” xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin UEFA-nın 13-cü Növbədənkənar Konqresində çıxışı zamanı deyib.

Sloveniyalı funksioner bildirib ki, yarış balansı qitə futbol qurumunun bir nömrəli prioritetidir. O, növbəti səviyyəyə keçmək üçün ideal mövqedə olduqlarını söyləyib: “UEFA prezidenti postunda olduğum 1 il 6 gün müddətində idarəetmə baxımından əhəmiyyətli irəliləyişə nail olmuşuq. Hazırda harmoniya dövrünü yaşayırıq”.

Qeyd edək ki, Aleksander Çeferin ötən ilin sentyabrında Yunanıstanın paytaxtı Afinada UEFA-nın Növbədənkənar Konqresində qurumun prezidenti seçilib. Onun səlahiyyət müddəti 2,5 illikdir.

Son xəbərlər

Orphus sistemi