Yuxarı

UEFA prezidenti: "Futbol üçün məsafə olmamalıdır" - MÜSAHİBƏ

UEFA prezidenti: "Futbol üçün məsafə olmamalıdır" - MÜSAHİBƏ

"Bakı finala tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib".

"Report" xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin Bakıda təşkil edilən mətbuat konfransında deyib.

Sloveniyalı funksioner daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb...

- Mən yalnız konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.

- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir? 

- Məsafə ilə götürsək, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır. 

Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycan üzərinə diplomatik hücum təşkil edə bildi və artıq estafeti erməni diplomatlara ötürüb. Siz bu barədə nə deyə bilərsiniz?

- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi