Yuxarı

UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda olub

Qonarlar Azərbaycan - İtaliya matçı öncəsi hazırlıq işləri ilə maraqlanıblar

Bakı. 29 iyul. REPORT.AZ/ UEFA-nın baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Trygve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyəti Bakıda 2 günlük səfərdə olublar. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA rəsmilərinin səfərində məqsəd AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya oyunu öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub. 

Nümayəndələr qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Bununla yanaşı, qonaqlar mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyələrini veriblər.

Qeyd edək ki, Azərbaycan - İtaliya matçı Bakı Olimpiya Stadionunda keçiriləcək ilk futbol matçı olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi