Yuxarı

UEFA və AFFA prezidentləri "Qəbələ"nin Avropa Liqası matçını izləyir - FOTO

UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da fəxri tribunadadır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksandr Çeferin və baş katib Teodor Teodoridis hazırda "Bakcell Arena"dadırlar.

"Report"un məlumatına görə, qitə futbol qurumunun rəsmiləri "Qəbələ" və Almaniya "Maynts"ı arasında keçirilən Avropa Liqasının qrup mərhələsinin II tur matçını izləyirlər. Onlarla birgə AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov da fəxri tribunadadır.

Qeyd edək ki, "Qəbələ" bu mövsüm Avropa Liqasının "pley-off" mərhələsində Aleksandr Çeferinin həmyerlilərini - Sloveniya "Maribor"unu üstələyib - 3:1, 0:1. Ötən mövsüm isə "qırmızı-qaralar" Teodor Teodoridisin həmvətənlərini - Yunanıstan "Panatinaikos"unu səfər qolları sayəsində mübarizədən kənarlaşdırıb - 0:0, 2:2. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi