Yuxarı

UEFA-nın yeni prezidenti ilk rəsmi səfərini Gürcüstana edəcək

Aleksandr Çeferin Bakıya qonşu ölkədən gələcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ UEFA-nın yeni prezidenti Aleksandr Çeferin ilk rəsmi səfərini Gürcüstana edəcək. "Report"un Gürcüstan Futbol Federasiyasının (GFF) rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 29-da gerçəkləşəcək səfərə sloveniyalı funksionerlə bərabər Avropa futbol qurumunun baş katibi Teodor Teodoridis də qatılacaq.

Onlar GFF və hökumət rəsmiləri ilə görüşlər keçirəcəklər. Bundan sonra A.Çeferin T.Teodoridislə birgə Bakıda olacaq. Onlar UEFA 2020-ci il Avropa çempionatının 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcəklər. Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Qeyd edək ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi