Yuxarı
    Bağlamaq

    ​UEFA-nın baş katibi Türkiyə və Rusiya yığmalarının yoldaşlıq görüşü keçirməsinə münasibət bildirib

    Teodor Teodoridis matçda iştirakını istisna etməyib

    Bakı. 9 avqust. REPORT.AZ/ "Şadıq ki, Rusiya və Türkiyə iki ölkə münasibətlərinin gərginləşməsindən sonra yoldaşlıq görüşü keçirməyə razılıq veriblər". 

    "Report"un məlumatına görə, bunu UEFA-nın baş katibi Teodor Teodoridis deyib.

    Futbolun insanları bir araya gətirmək gücünə malik olduğunu bildirən baş katib şəxsən matçda iştirakını istisna etməyib: "Oyunda iştirak etməyə çalışacağam. Ancaq sıx təqvimim var. Bu ərəfədə Cenevrədə məşqçilər forumunun keçirilməsi planlaşdırılır. Lakin ilk fürsətdə mən Antalyaya yollanacağam".

    Qeyd edək ki, Türkiyə və Rusiya yığmaları yoldaşlıq görüşü çərçivəsində avqustun 31-də üz-üzə gələcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi