UEFA-nın ayırdığı vəsait "Qarabağ" və "Qəbələ"nin hesablarına köçürülüb

UEFA-nın ayırdığı vəsait "Qarabağ" və "Qəbələ"nin hesablarına köçürülüb İki kluba 750 min avrodan çox bonus ödənilib
Futbol
3 Noyabr , 2016 12:19
UEFA-nın ayırdığı vəsait Qarabağ və Qəbələnin hesablarına köçürülüb

Bakı. 3 noyabr. REPORT.AZ/ UEFA Avropa Liqası turnirinin 2015/2016-cı il mövsümündə qrup mərhələsində çıxış etmiş “Qarabağ” və “Qəbələ” klublarının büdcəsinə növbəti maliyyə vəsaiti köçürülüb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qeyd olunan vəsait hər iki klubun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış bonusdur.

Avropa futbol qurumu tərəfindən verilən vəsait – müvafiq olaraq, “Qarabağ” klubuna 376.952.00 avro, “Qəbələ” klubuna isə 376.814.00 avro – AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib.

Son xəbərlər

Orphus sistemi