Yuxarı
    Bağlamaq

    UEFA klublararası yeni turnir yaradıb

    Bakı. 3 dekabr. REPORT.AZ/ UEFA İcraiyyə Komitəsi 2021 - 2024-cü illər üçün klublararası üçüncü turnirin yaradıldığını təsdiqləyib.

    "Report"un məlumatına görə, UEL2 adlanan yeni turnir Çempionlar Liqası və Avropa Liqasındakı sxemlə keçiriləcək.

    Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 komanda olmaqla, 8 qrupa bölünəcəklər. Daha sonra 1/8 final, 1/4 final, yarımfinal və final olacaq. 1/8 final öncəsi əlavə pley-off matçları keçiriləcək. Həmin oyunlarda UEL2 qruplarında 2-ci yeri tutmuş klublarla Avropa Liqası qruplarının 3-cü yer sahibləri qarşılaşacaqlar.

    Yeni turnir Avropa Liqasındakı kimi, 15 oyun günü ərzində 141 qarşılaşmanı nəzərdə tutur. UEL2-nin qalibi növbəti mövsümün Avropa Liqasına vəsiqə qazanacaq. Oyunlar həftənin 4-cü günləri keçiriləcək. Beləliklə, Çempionlar Liqasının görüşləri 2-3-cü, Avropa Liqası və yeni turnirin matçları 4-cü günlərə təsadüf edəcək. Bütün klub turnirlərinin final oyunları eyni həftədə - çərşənbə (yeni turnir), cümə axşamı (Avropa Liqası) və şənbə (Çempionlar Liqası) günləri keçiriləcək.

    Yeni turnir qrup mərhələsində azı 34 (hazırda minimum 26-dır) milli assosiasiyanın avrokuboklarda təmsil olunmasını təmin edəcək və bütün ölkələrin klublarına açıq olacaq. Bütün assosiasiyalar indiki say kvotalarını saxlayacaqlar.

    2021 - 2024 tsiklində Avropa Liqası formatı yeni turnirin formatına uyğunlaşdırılacaq. 1/8 final öncəsi əlavə pley-off raundu tətbiq olunacaq. Burada Avropa Liqası qruplarının ikinci yer sahibləri ilə Çempionlar Liqası qruplarının üçüncüləri qarşılaşacaqlar. Çempionlar Liqası formatı və seçim sxemi dəyişikliyə məruz qalmayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi