UEFA Kiyev "Dinamo"sunu və "Beşiktaş"ı böyük məbləğdə cərimələyib

UEFA Kiyev "Dinamo"sunu və "Beşiktaş"ı böyük məbləğdə cərimələyib Bu barədə qurumun Nəzarət, Etika və İntizam Komitəsi qərar verib
Futbol
27 Fevral , 2017 16:05
UEFA Kiyev Dinamosunu və Beşiktaşı böyük məbləğdə cərimələyib

Bakı. 27 fevral. REPORT.AZ/ Ukraynanın "Dinamo" (Kiyev) və Türkiyənin "Beşiktaş" klublarının hər biri 60 min avro məbləğində cərimələnib.

"Report"un məlumatına görə, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar verib.

Səbəb kimi iki komanda arasında Çempionlar Liqasının qrup mərhələsinin son tur matçında azarkeşlərin davranışları səbəb olub. Həmin qarşılaşmada kiyevlilər 6:0 hesabı ilə qalib gəliblər.

Daha əvvəl UEFA "Dinamo"nu görüşə lazımi səviyyədə hazırlaşmamaqda və tribunalarda təhlükəsizliyi təmin etməməkdə günahlandırıb. "Beşiktaş" isə azarkeşlərinin yolverilməz davranışları üzündən cəzalanıb. 

Son xəbərlər

Orphus sistemi