Yuxarı

​UEFA İstanbulda təxribat törədən rusiyalı futbolçuya qarşı iş açıb

Oyunçular üzərində siyasi, dini, şəxsi açıqlamalar, habelə təsvir və ya loqotiplər olan geyim elementlərini nümayiş etdirməməlidirlər

Bakı. 17 fevral. REPORT.AZ/ UEFA Türkiyənin "Fənərbağça" klubu ilə Avropa Liqasının 1/16 final matçından sonra üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli çəkilmiş futbolka nümayiş etdirən "Lokomotiv"in futbolçusu Dmitri Tarasova qarşı iş açıb. "Report" xəbər verir ki, bu barədə Avropa futbol qurumu açıqlama yayıb.

"Oyunçular üzərində siyasi, dini, şəxsi açıqlamalar, habelə təsvir və ya loqotiplər olan geyim elementlərini nümayiş etdirməməlidirlər" - deyə məlumatda bildirilir.

28 yaşlı yarımmüdafiəçinin futbolkasında "Samıy vejlivıy prezident" ("Ən nəzakətli prezident") yazılıb. Bunu qaydalara zidd sayan UEFA Tarasovla bağlı məsələyə martın 17-də baxacağını bildirib. Onun ən azı 10 oyunluq diskvalifikasiyaya məruz qalacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbağça" - "Lokomotiv" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Cavab görüşü fevralın 25-də Moskvada olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi