UEFA Hakimlər Komitəsinin sədri: "Qərarı harada oturduğu bəlli olmayan birinin qəbul etməsini istəmirik"

UEFA Hakimlər Komitəsinin sədri: "Qərarı harada oturduğu bəlli olmayan birinin qəbul etməsini istəmirik" UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti futbolda videotəkrar (VAR) sistemi ilə bağlı fikirlərini bölüşüb.
Futbol
1 Noyabr , 2019 16:57
UEFA Hakimlər Komitəsinin sədri: Qərarı harada oturduğu bəlli olmayan birinin qəbul etməsini istəmirik

UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti futbolda videotəkrar (VAR) sistemi ilə bağlı fikirlərini bölüşüb.

“Report” “Sport Ekspress”ə istinadən xəbər verir ki, 52 yaşlı italiyalı funksioner Avropa futbol qurumunun bu layihəni çox vacib saydığını bildirib.

Onun sözlərinə görə, istənilən halda son sözü meydandakı referi deməlidir: “Ancaq unutmayın ki, VAR hakimlər yox, futbol üçündür. Birinci növbədə oyundur, sonra isə hakim idarəçiliyi, yaxşı qərarlar gəlir. Bunun üçün bizə məsul hakimlər lazımdır. VAR olsa da, olmasa da hakim meydanda qərar qəbul etməlidir. VAR yalnız təkrarda aşkar bir səhvin görüldüyü zaman müdaxilə edir. “Minimum müdaxilə, maksimum fayda” - bu şüarı çox sevirəm. Futbolun hakim idarəçiliyi baxımından mükəmməl olmadığını yaxşı bilirik. Biz ideal deyilik. Yüz faiz səmərəliliyə nail olmaq mümkün deyil. Həm mən, həm də UEFA hakimin monitora getməsinin və epizoda baxmasının tərəfdarıyıq. Qərarı harda oturduğu bəlli olmayan birinin qəbul etməsini istəmirik. Qərar vermək hüququ meydandakı hakimdə qalmalıdır. Referi hər şeyi görməli, qərar verməli və oyunçulara izah etməlidir”.

Rozetti bildirib ki, ötən mövsümlə müqayisədə UEFA-nın təşkil etdiyi cari yarışlarda VAR-a müraciət sayında böyük azalma var: “Keçən mövsümə baxsaq, UEFA bayrağı altında keçirilən orta hesabla 2,4 matçda VAR-a müraciət olunub. Cari mövsümdə isə 60 oyunda 10 belə hal olub. Yəni 6 görüşdən yalnız 1-də VAR-a baxılıb”.

Son xəbərlər

Orphus sistemi