UEFA Gənclər Liqası: "Qarabağ" "Çelsi" ilə oyunda qələbə hesabını qoruya bilməyib

UEFA Gənclər Liqası: "Qarabağ" "Çelsi" ilə oyunda qələbə hesabını qoruya bilməyib Hesabı Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv açsa da, sonradan qonaqlar 3 qol vuraraq qalib gəliblər
Futbol
22 Noyabr , 2017 16:53
UEFA Gənclər Liqası: Qarabağ Çelsi ilə oyunda qələbə hesabını qoruya bilməyib
Chelseafc.com

Bakı. 22 noyabr. REPORT.AZ/ "Qarabağ" komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi V tur çərçivəsində İngiltərənin "Çelsi" komandasını qəbul edib.

"Azərsun Arena"da baş tutan görüşdə hesabı Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv açsa da, sonradan qonaqlar 3 qol vuraraq qalib gəliblər.

Bu qələbədən sonra xallarını 12-ə çatdıran "Çelsi" növbəti mərhələyə yüksəlib. 3 xalı olan "Qarabağ" isə sonuncu pillədə qalıb və mərhələ şanslarını böyük ölçüdə əldən verib.

UEFA Gənclər Liqası

C qrupu, V tur

"Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) - 1:3

Qollar: Yaroslav Deda, 50 - Martell Teylor-Krossdeyl, 60. Çarli Braun, 69. Corc Makİçran, 76

Hakimlər: Alper Ulusoy, Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hər üçü (Türkiyə), Orxan Məmmədov (Azərbaycan)

Bakı. "Azərsun Arena"

Son xəbərlər

Orphus sistemi