Yuxarı

​UEFA "Fənərbağça"nın baş məşqçisinin cəzasını azaldıb

Portuqaliyalı mütəxəssisin 2 matç cəzası 1-ə endirilib

Bakı. 27 avqust. REPORT.AZ/ UEFA Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Vitor Pereyranın cəzasını azaldıb. "Report"un İstanbul klubunun saytına istinadən verdiyi məlumata görə, bu barədə futbol qurumunun İntizam Komitəsi qərar qəbul edib.

Qərara əsasən, portuqaliyalı mütəxəssisin 2 matç cəzası 1-ə endirilib.

Qeyd edək ki, "Fənərbağça" və "Şaxtyor" (Donetsk) komandaları arasında Ukraynada keçirilən matçda qonaqların baş məşqçisi Vitor Pereyra oyunun baş hakimi tərəfindən cəzalanaraq texniki zonadan tribunaya göndərilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi